Bu gün Ankaranın Kızılcahamam rayonunda yerləşən “Xocalı Abidəsi və Xocalı Muzeyi” kompleksində Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar tədbir keçirilib.
"İki sahil" xəbər verir ki, tədbirdə Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, Kızılcahamam bələdiyyə sədri Süleyman Acar, Türkiyə parlamentinin deputatları Emrullah İşler və Nevzat Ceylan Xocalı soyqırımı ilə bağlı çıxış ediblər.
Bildirilib ki, Azərbaycanın qətiyyətli mübarizəsi, Türkiyə-Azərbaycan qardaşlığı 30 illik erməni işğalına son qoyub, Xocalıda qətlə yetirilən günahsız insanların qisası alınıb.
Tədbirdə Kızılcahamam sakinləri də iştirak ediblər.
Özbəkistanın təhsil mütəxəssisləri Quba Soyqırımı Memorial Kompleksində təlimdə iştirak ediblər
Xəzər rayonunda “27 sentyabr- Anım günü” ilə bağlı silsilə tədbirlər keçirilib
Azərbaycanın mina qurbanlarının “danışan fotolar”ı Nürnberqdən dünyaya ədalət çağırışı edib