Dinc əhaliyə qarşı xüsusi amansızlıqla həyata keçirilən soyqırımın iyirmi doqquzuncu ildönümü münasibətilə AMEA Naxçıvan Bölməsinin Elmi Kitabxanasında “Xocalı soyqırımı” adlı virtual sərgi istifadəçilərə təqdim edilib.
"İki sahil" bildirir ki, sərgidə “Xocalı yaddaşı”, “Terror: hadisələr, faktlar, sübutlar”, “Xocalı soyqırımı”, “Hocalı katliamı”, “Xocalıda kəsilən başlar”, “Böyüməyən uşaqlar”, “Torpaq qan ağlayır”, “Dünya susmasın gərək”, “Soyqırım”, “Şəhid Xocalı”, “Xocalı uşaqları”, “Terrorizm və qan çilənən torpaqlar”, “Hocalı soykırımı tanıkların dilinden”, “Ходжалы хроника геноцида”, “Turks, Azerbaijanians, Armenians: Genocide of historical truth” və başqa kitablar nümayiş olunur. Sərgi vasitəsilə faciə ilə bağlı müxtəlif illərdə dövrü mətbuatda dərc edilmiş məqalələrə də keçid etmək mümkündür.
Virtual sərgi ilə aşağıdakı link vasitəsi ilə tanış ola bilərsiniz: https://docs.google.com/presentation/d/1I9OZv2Xf_PhytCrQeMixCQtkRvbnw7-xJX_toIIL3-I/mobilepresent#slide=id.gbe5bc105fb_0_0
Özbəkistanın təhsil mütəxəssisləri Quba Soyqırımı Memorial Kompleksində təlimdə iştirak ediblər
Xəzər rayonunda “27 sentyabr- Anım günü” ilə bağlı silsilə tədbirlər keçirilib
Azərbaycanın mina qurbanlarının “danışan fotolar”ı Nürnberqdən dünyaya ədalət çağırışı edib