23 fevral 2021 15:24
254

Dünyada 5G istifadəçilərinin sayı 200 milyona çatıb

Son iki ildə 5G şəbəkələrinin kommersiya istifadəsinə başladığından bəri dünyada beşinci nəsil şəbəkə istifadəçilərinin sayı 200 milyona, 5G baza stansiyalarının sayı isə 800 minə çatıb.

"İki sahil" xəbər verir ki, bunu "Huawei"in 5G məhsul xətti üzrə prezidenti Riçi Pen deyib.

Onun sözlərinə görə, bu müddət ərzində yükləmə sürəti 10 dəfədən çox artıb, baza komplektasiyasında olan 5G terminallar isə daha əlverişli qiymətə – 350 dollara satılır.

"5G şəbəkələrinin sürətli inkişafına rabitə operatorlarının xidmət sektorundakı davamlı yenilikləri, cihaz istehsalçılarının yeni məhsulları və tətbiqləri, sistem avadanlığı təchizatçılarının alqoritm və həlləri töhfə verir", - deyə R. Pen qeyd edib.