İspaniyada hər kəsin marağına səbəb olan bir muzey açılıb. Bu muzeyi digərlərindən fərqləndirən cəhət odur ki, burada eksponat şəklində yalnız bir əşya nümayiş olunacaq. Muzeyin veb saytında paylaşılan şəkillərdən məlum olub ki, fevral ayında burada eksponat kimi bir çəngəl nümayiş olunub. Gələn ay isə bu bir plastik torba və ya bir oyuncaq ayı da ola bilər.
Bu layihənin əsas məqsədi isə hamıya tanış olan , lakin yetərincə araşdırılmayan əşyalardan ibarət bir etnoqrafik muzey yaratmaqdır. Muzey bələdçiləri ziyarətçilərə hər yeni eksponat haqqında ətraflı danışacaqlar və hər kəs istifadə etdiyi bu əşyaların yaranma tarixi haqqında məlumat alacaq.
Samirə Tağıyeva, "İki sahil"