23 fevral 2021 15:44
322

İsraildə ən qədim məscid aşkar olunub FOTO

Qalileyada yerləşən Tiverias gölünün yaxınlığında arxeoloqlar dünyanın ən qədim məscidlərindən birinin qalıqlarını aşkar ediblər.Həmin məscid Məhəmməd peyğəmbərin ölümündən on illər sonra tikilmişdir. Associated Press Yəhudi  Universitetinin tədqiqatçılarına istinadən xəbər verir ki, həmin məscid Məhəmməd peyğəmbərin ölümündən  bir neçə on il sonra , yeni VII əsrin ikinci yarısında inşa edilmişdir.

Təxminən 1350 yaşı olan bu məscidin qalıqları uzun illər ərzində burada tikilən digər məscidin dağıntıları  altında gizlənmişdi.

Bildiyimiz kimi, əslində arxeoloqlar  islamın yaranması ərəfəsində  əsası qoyulan bir çox məsciddən xəbərdardırlar. Məsələn, Səudiyyə Ərəbistanındakı Məscid ən- Nəbəvi hələ Məhəmməd peyğəmbərin sağlığında inşa edilmişdir. Başqa bir nümunə, Şamdakı 715-ci ildə inşa edilən  Əməvi Məscididir. Bu məscidlər dəfələrlə yenidən qurulub, genişləndirilib və hələ də istifadə olunur.  Buna görə, arxeoloqlar bu binaların bünövrəsində yatan sirləri hələ də  öyrənə bilmirlər. Tiveriadakı tapıntı isə məhz bu səbəbdən belə böyük marağa səbəb olub. Alimlər qədim məscidin  təməlini, içində tapılan nadir sikkələri və saxsı qırıntılarını ətraflı şəkildə araşdıracaqlar.

Samirə Tağıyeva, "İki sahil"