23 fevral 2021 15:53
260

ABŞ-da narkobaronun həyat yoldaşı həbs olundu

ABŞ-da, dünyanın əsas narkobaronu sayılan Hoakin Gusmanın (El Çapo kimi tanınır)  həyat yoldaşı Emma Koroneli həbs olunub.

"İki sahil" xəbər verir ki, bu barədə Life Shot Telegram kanalı xəbər verib.

Meksikalı narkobaronun həyat yoldaşı Washington Beynəlxalq Hava Limanında həbs olunub. Polisin verdiyi məlumata görə, o, El Çaponun  qanunsuz biznesi ilə - ABŞ-a kokain, heroin, metamfetamin və marixuananın tədarükü ilə məşğul olub. Bundan əlavə, Emma yoldaşının  2015-ci ildə həbsxanadan qaçmasınada kömək edib.

Qeyd edək ki, Hoakin Guzman, 2016-cı ildə tutulmazdan əvvəl Sinaloa kartelinin rəhbəri olub və dünyanın ən güclü narkobaronlarından biri sayılırdı. Nəzarətə alındıqdan sonra 2017-ci ildə ABŞ-dakı həbsxanalardan birinə köçürülmüşdü. Nəticədə narkotik maddələr tədarükü, qanunsuz silah saxlama və bir çox insanı qətl etdirdiyinə görə ömürlük həbs cəzasına məhkum olub.

Qeyd edək ki, insanların gözündə bəraət qazanmaq üçüm El Çaponun ailəsi koronavirusdan əziyyət çəkən kasıb insanlara dəstək olmağa başlayıb. Kasıblara təhvil verilən qutuların üstündə "El Çapodan yardım" sözləri yazılıb. Beynəlxalq Böhran Qrupunun analitiki Franco Ernstin sözlərinə görə, cinayətkarlar yaranmış vəziyyətdən istifad edərək kasıb insanların gözündə qəhrəman olmağa çalışırlar.

Samirə Tağıyeva,"İki sahil"