23 fevral 2021 17:02
381

"Xalq Həyat” yığımlarının həcmini artıraraq bazarın lider şirkəti olub

Azərbaycanın sığorta bazarında tez bir zamanda müştərilərinin etibarını qazanmış “Xalq Həyat” sığorta şirkəti 2021-ci ilin yanvar üzrə yığımlarının həcmini açılayıb. 

Şirkətdən "İki sahil"ə bildirilib ki, 2021-ci ilin yanvar ayı üzrə “Xalq Həyat”ın yığlmlarının həcmi 0,360 milyon manat təşkil edib. Şirkətin çevik və peşəkar komandasının uğurlu fəaliyyəti nəticəsində yığımların həcmi ötən ilin ilk ayı ilə müqayisədə 0,171 milyon manat və ya təxminən 2 dəfə artaraq 0,360 milyon manat həddini keçib.

Qeyd edək ki, “Xalq Həyat” yığımların artım dinamikasına görə (yanvar 2020 - yanvar 2021 müqayisə) bazarın lider şirkətidir.  

Xatırladaq ki,  “Xalq Həyat” sığorta şirkəti bazara ən sərfəli şərtlərlə könüllü sığorta məhsulları təqdim edən həyat sığortası şirkətidir. Şirkət müştərilərə bu könüllü məhsulları təklif edir: “Kredit götürən şəxslərin həyat sığortası”, “Həyatın yaşam sığortası”, “Sağalmaz xəstəliklərdən sığorta”, “Fərdi həyat sığortası”, “Qrup halında sığorta” və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta”.  

Məlumat üçün bildirək ki, 27 mart 2019-cu il tarixində Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən “Xalq Həyat” Sığorta Şirkəti ASC-yə sığorta fəaliyyətinin həyata keçirilməsinə dair 5 illik lisenziya verilib.