23 fevral 2021 17:28
246

Bu ilin payızında İstanbulda Türk Şurasının zirvə toplantısı keçiriləcək

Bu ilin payızında Türkiyənin İstanbul şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) növbəti zirvə toplantısı keçirəcək.

“İki sahil" xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Türk Şurasının baş katibi Bağdad Əmrəyevin görüşündə bildirilib.

Bundan başqa, bu ilin mart ayının sonunda Türküstanda Türk Şurasının qeyri-rəsmi zirvə toplantısının keçirilməsi planlaşdırılır.

C.Bayramov və B.Əmrəyev qarşıdakı bu mühüm tədbirlərə hazırlıq məsələlərini müzakirə ediblər.