Unutqanlıq, yaddaşsızlıq, diqqətdə azalma, konsentrasiya problemləri çox insanın şikayət etdiyi problemlərdir. Bəs bunlara səbəb nədir? Xüsusilə cavan yaşda niyə unutqan olasan ki?
Ən çox rastlaşdığımız hallara isə gündəlik məlumatları unutma, planlanan işləri unutma, işdə, evdə, yol gedərkən diqqətsizlik nəticəsində yaranan kiçik axsamalar və ya qəzalar misal çəkilə bilər.
İmtahana hazırlıq dövründə və ya kitab oxuyarkən “Oxuyuram, amma bir də baxıram ki eləcə oxumuşam, fikrim isə başqa yerdədir” kimi şikayətlər isə daha çox psixoloji problemlər nəticəsində yaranır.
Buna səbəb kimi çox xəstəlik göstərmək olar, onlardan əsasları:
Tiroid vəzinin çatışmazlığı
Onurğada əyrilik
Revmatizm
Qurd invaziyası
Qıcolma
Vitamin çatışmazlığı
Qan azlığı
İlkin olaraq EEQ müayinəsi vasitəsi ilə, beyində təzahürünü tapan bu dəyişikliklər əsasında, məhz hansı səbəbdən baş verdiyini dəqiq öyrənmək olar.
Röya Rasimqızı, "İki sahil"