24 fevral 2021 14:30
1145

Burada ölən alpinistləri aşağı endirmirlər - FOTO

Dünyanın damı kimi tanınan Asiya qitəsinin ölkəsi olan Nepal özünəməxsus mədəniyyəti, çətin yaşayış şərtləri və əlbətdə ki, dağları ilə diqqət çəkir. Bu kiçik Asiya ölkəsini əhatə edən Himalay dağlarının dünyada ən yüksək dağ zirvəsinə sahib olan Everest zirvəsi ölkənin simvolu sayılır.

Nepal Asiyada Hindistan və Çin kimi iki nəhəng dövlət arasında yerləşir. Himalay dağları ilə əhatə olunmuş bu ölkə dəniz səviyyəsindən minlərlə metr yüksəklikdədir. Alpinistlərin sevimli marşrutu olan bu kiçik ölkə monastırları və məbədləri ilə də məşhurdur. Nepal coğrafi şəraitinə görə yaxın vaxtlara qədər dünya ölkələri ilə əlaqəsi az olub.

8848 metr yüksəklikdəki Everestə ev sahibliyi edən Nepal federal bir respublikadır. Ölkənin rəsmi dili də Sanskrit dilidir. Nepal haqqında ilk mənbələr eramızın IV əsrinə aiddir. Bölgədə müxtəlif hind bəyliklərinin qurulması ilə tarixi qeydlərə daxil edilməyə başlanan bu ölkə sonrakı dövrlərdə daimi yaşayış məntəqələrinə çevrilib. 1769-cu ildə gurka tayfalarından Katmandunu ələ keçirəndən sonra bölgə Nepal kimi tanınmağa başlayıb. O dövrdə tikilən tikililər bugünkü bütün şöhrətini əks etdirir. 1816-cı ilə qədər 2 il boyunca bölgədə hökmranlıq etmək istəyən ingilis müstəmləkiçiləri ilə vuruşan gurkalar, bu mübarizə nəticəsində Nepalı işğaldan qorusalar da böyük qüvvə itiriblər. 19-cu əsrin ortalarında başlayan bu bölgü və zəif rəhbərlik 1951-ci ilə qədər davam edib. Nepal bu tarixdən bəri siyasi birliyini bərpa edə bilsə də, ideoloji vətəndaş müharibəsi tezliklə uzun illər davam edəcək bir qarışıqlıq dövrünə öz qapısını açıb.

Hindu mədəniyyəti Çin ilə Hindistan arasındakı dağlıq ərazidə yerləşən ölkədə çox fərqli faktordur. 1996-cı ildə şiddətlənən vətəndaş müharibəsi zamanı paytaxt Katmandu bir müddət mühasirədə qalıb. Daha sonra beynəlxalq sülhməramlı qüvvələrin gəlişi ilə bu vəziyyət nisbətən nəzarət altına alınıb. Bu dövrə qədər krallıq tərəfindən idarə olunan Nepal 2008-ci ildə alınan qərarla federal bir respublikaya çevrilib. Təxminən 28 milyon əhalisi olan ölkənin paytaxtı və ən böyük şəhəri olan Katmandu bütün məsələlərdə Nepalın mərkəzidir.

147.516 kvadrat kilometr ərazisi olan ölkədə nəqliyyat bölgədəki ingilislərin təsiri ilə soltərəflidir. Dünyanın ən hündür 10 dağından səkkizinin yerləşdiyi ölkə hər bir yerdən alpinistləri qəbul edir. Bunlardan ən məşhuru şübhəsiz ki Everest dağıdır. 1953-cü ildə Edmund Hillarinin ilk dəfə zirvəsinə qalxmağı bacardığı Everest təəssüf ki, bir çox alpinist üçün məzara çevrilib. Ölkədəki dağlar bir çox alpinistin cəsədləri ilə doludur, çünki alpinistlərin cəsədlərini zirvədən endirmək bu ölkə üçün baha başa gəlib. 2018-ci ildə dağa dırmaşan bir qrup zirvəyə qalxarkən donaraq həyatını itirən bir alpinistin 75 il sonra cansız bədənini aşkarlayıb. Bir çox Hollivud filminin mövzusu olan bu dağın hekayələri dünyada da böyük maraqla qarşılanıb. Nepalın Cənubi Kol bölgəsi Everest dağına çıxmanın ən asan yoludur.

 Bölgədəki bir çox dağ, xüsusilə Everest dəniz səviyyəsindən o qədər yüksəkdir ki, bir nöqtədən sonra oksigen səviyyəsi azalmağa başlayır. Bu səbəbdən də dırmaşma zamanı oksigen silindrindən istifadə etmək vacibdir.

Himalay dağlarının ətəklərində yerləşən Katmandu şəhəri təxminən 3000 illik tarixə malikdir. Bir milyon yarım insanın yaşadığı paytaxt ölkənin ən əhəmiyyətli beynəlxalq hava limanına ev sahibliyi edir. Onlarla fərqli etnik qrupun yaşadığı ölkədə bu qrupların çoxunun dilləri rəsmi dil statusuna malikdir. Ölkədə təxminən 80% olan bir hindu əhalisi var. Bir çoxu gurka xalqı dövründə tikilən möhtəşəm məbədlər və monastırlar ölkəyə gələn turistlərin diqqət mərkəzində olub. Paytaxt küçələrində dindar hindularla qarşılaşmaq mümkündür. Yerli insanlar kimi Qərb ölkələrindən gəlib, daha sonra bu inamı qəbul edənlər də Katmandu küçələrində yaşayıblar.

 Vüsal Cahanov, “İki sahil”