24 fevral 2021 17:16
1083

“Toyota” şirkətindən “Ağıllı şəhər”

“Japan Times”in verdiyi məlumatlara görə, məşhur  “Toyota” şirkəti fevralın 23-də Fujiyama dağının ətəyində ağıllı şəhər “ Woven City”nin təməl atma mərasimini təşkil etmişdir. Deyilənlərə görə, şəhər robototexnika və  yeni texnologiyaların sınaq meydanına çevriləcək.

“Toyota” şirkətinin işçiləri də daxil olmaqla  həmin şəhərin 360 nəfərə qədər sakini olacaq. “Woven City”məhz Şizuoka Prefekturasının Susono şəhərində şirkətin köhnə 70,8 hektarlıq yığma zavodunda inşa ediləcək. Zamanla şəhər əhalisinin 2000 nəfərə çatdırılması planlaşdırılır.

“Toyota” şirkəti bu  layihəni muxtar vasitələrin, robotların, “ağıllı evlər”in, süni intellektin , yaşıl enerjinin və digər texnologiyaların gerçək bir mühitdə sınaqdan keçiriləcəyi bir "canlı laboratoriya" adlandırır.

Karbon səviyyəsini minimuma endirmək üçün şəhərin binaları əsasən ağacdan hazırlanacaq və  bu tip evlər sakinlərin sağlamlığını qorumaq üçün inşa ediləcək.

Bu layihədə“Toyota” şirkətinin  digər şəriklərindən biri də telekommunikasiya şirkəti NTT-dir. İnşaat işlərinin mart ayında  başa çatması planlaşdırılır. Lakin tikinti işlərinin nə zaman başlanacağı hələ müəyyən deyil.

Şəhərin əsas dizayneri danimarkalı memar Bjarke Ingelsondu. O, həmçinin “Google”un Kaliforniyadakı qərargahını dizayn etmişdir.

Samirə Tağıyeva, “İki sahil”