24 fevral 2021 16:59
1854

İnformasiyanın yaddaşda saxlanması üçün nə etməli?

1870-ci ildə  almaniyalı psixoloq German Ebbinqxaus insan yaddaşı ilə bağlı maraqlı araşdırma aparıb. O, insanlar üzərində apardığı müşahidələr (yaddaşın öyrənilməsi istiqamətində keçirəcəyi sınaqlar) müqabilində onlara pul ödəyirdi.

Faktiki olaraq o, yaddaşın miqdar ölçüsünü müəyyən etmək üçün elmi cəhətdən də təsdiqini tapmış eksperimental metodlar hazırlamışdı.
G.Ebbinqxaus iddia edirdi ki, yeni informasiyaların qəbul edilməsi insan beyninə həkk olunmuş əvvəlki informasiyalardan asılıdır. Buna görə o demək olar ki, heç bir məna yükü olmayan sözlərlə sınaq keçirirdi. Bir gün ərzində oxuduğu heç bir mənası olmayan söz toplusundan 2/3-si onun yadında qalırdı. Psixoloq əminliklə deyirdi ki, əgər öyrənilən informasiya 48 gün ərzində insanın yadından çıxmırsa o əbədi yaddaşda həkk olunur.
Alman psixoloqun daha bir nəzəriyyəsi isə «interval effekti»dir. O, düşünürdü ki, insanlar informasiyanı sağlam yaddaşda saxlamaq üçün az-az və təkrarlayaraq oxumalıdırlar. Eyni zamanda informasiyanı daha yaxşı yadda saxlamaq üçün onu müəyyən müddət ərzində müxtəlıif prizmalardan araşdıraraq yadda saxlamaq məsləhət görülür.

Məsələn, əgər siz nitq söyləməyə hazırlaşırsınızsa, onu əzbərləməlisiz. Lakin əgər siz həmin çıxışın mətnini 1 həftə əvvəldən deyilən ardıcıllıqla əzbərləmisizsə siz onu unutmayacaqsız. Yox əgər, çıxışınıza 1 gün qalmış nitqinizi həyəcanlı bir şəkildə təkrarlayaraq əzbərləməyə çalışırsızsa siz o mətni mütləq şəkildə unudacaqsıznız.

Onun düşüncələrinə görə,yaddaş texnikasının ən yaxşı izahatı — təkrardır.

O, informasiyanın yaddaşda saxlanması üçün bunlar məsləhət görürdü:

Oxunan informasiyanın ardından daha bir təkrar;

20 dəqiqə interval və yenidən ikinci təkrar;

6 saat sonra üçüncü təkrar;

İkinci təkrarın müddətindən hesablayaraq 8 saat sonra dördüncü təkrar;

Üçüncü təkrardan hesablayaraq 1 gün intervaldan sonra beşinci təkrar.

Samirə Tağıyeva, “İki sahil”