24 fevral 2021 17:01
1203

Xocalı soyqırımına beynəlxalq hüquqi qiymət verilməlidir

"Tarix heç bir zaman unudulmur. İstər zəfər, istərsədə zorakılıq tarix səhifələrinə əbədi olaraq həkk olunur. Zorakılıq barbarlıq siyasəti tətbiq edən dövlətlərin ən ümdə vəzifəsidir. Xalqların, millətin kökünü kəsmək, əzəli torpaqlarından qırğınlar törətməklə deportasiya etmək insan vəhşilikdir. İnsan hqüquqlarının qorunmasına sadiq olduqlarını iddia edən bir çox dövlətlər təəssüf ki, bu hüququların pozulmasına səssiz qalırlar. Buna misal olaraq insanlıq tarixinin ən qorxulu qətliamlarından biri olan Xocalı soyqırımını qeyd edərdim. 1988-ci ildə isə öz tarixi torpaqlarında yaşayan 250 min azərbaycanlıni yurdundan didərgin salan Ermənistan bununla da monoetnik dövlətə çevrilmişdir. 1988-ci ildən Dağlıq Qarabağ ətrafında başlayan hadisələr erməni ideloloqlarının "dənizdən dənizə Ermənistan" adlı ağılsız bir ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələndi".

Bu fikirləri "İki sahil"ə açqılamasında politoloq Əli Miriyev deyib.

Ə. Miriyev bidirib ki, Xocalı soyqırımına beynəlxalq hüquqi qiymət verilməlidir: "Günahsız insanların, qadın, qoca və uşaqların amansızlıqla qətlə yetirilməsi bəşəri cinayətdir. Nəhayət ki, Azərbaycan 44 gün davam Vətən müharibəsi nəticəsində həm torpaqlarını işğaldan azad etdi, həm də Xocalı soyqırımının intiqamının aldı. Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi ordu Zəfər qazanmaqla soyqırımı faciəsinin acısını yaşayan xalqa Qələbə sevinci bəxş etdi. Bu zəfər haqqlı mübarizənin nəticəsi idi. Azərbaycan bu zəfərlə düşmən ordusu haqqında yaradılan mifi darmadağın etdi. Cəmi 44 gün ərzində Ermənistan ordusu və hərbi texnikası məhv edildi. Azərbaycan öz gücünü, qüdrətini bütün dünyaya göstərdi. Ordumuz Xocalı soyqırımının günahsız qurbanlarının qisasını aldı". 

Nigar Orucova, "İki sahil"