24 fevral 2021 21:37
1004

Türkiyə Böyük Millət Məclisində Xocalı soyqırımına həsr edilmiş rəsm sərgisi

Türkiyə Böyük Millət Məclisinin (TBMM) binasında Xocalı soyqırımına həsr edilmiş rəsm sərgisi təşkil olunacaq.

"İki sahil" xəbər verir ki, sərgidə soyqırımı zamanı erməni silahlıları tərəfindən dinc əhalinin vəhşicəsinə qətlə yetirilməsini əks etdirən foto və sənədlər nümayiş etdiriləcək. Azərbaycanın Türkiyədəki səfirliyinin təşkilatçılığı və TBMM-in ev sahibliyi ilə baş tutacaq sərgidə qardaş ölkənin parlamentinin sədri Mustafa Şentop da iştirak edəcək.