London şəhərində Xocalı həqiqətlərini əks etdirən məlumatlandırma aksiyası təşkil edilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Böyük Britaniyada fəaliyyət göstərən "Natəvan Qrup"unun rəhbəri Səbinə Quliyevanın təşkilatçılığı ilə London şəhərində Xocalı soyqırımının 29-cu ildönümünə həsr edilmiş məlumatlandırma aksiyasına başlanılıb.
Diaspora İşləri üzrə Dövlət Komitəsindən "İki sahil"ə verilən məlumata görə, 24, 25, 26 fevral tarixlərini əhatə edəcək aksiya zamanı Xocalı soyqırımına dair həqiqətləri əks etdirən elektron lövhənin quraşdırıldığı avtomobil London şəhərinin mərkəzi küçələrində hərəkət edəcək. Elektron lövhədə "Xocalıya ədalət!", "Biz xatırlayırıq!" şüarları əks olunub. Lövhədə olan fotoşəkillər "Xocalı soyqırımı. 26 fevral 1992", "Ağdam. Xocalı qurbanlarının dəfn mərasimi", "63 uşaq öldürülüb, 76 uşaq əlil olub", "25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib, 8 ailə tamamilə məhv edilib" və sair məlumatlarla müşayiət olunur. London vaxtı ilə saat 10.00-dan 18.00-dək davam edəcək avtoyürüş şəhərin mərkəzi küçə və meydanlarını əhatə edəcəkdir.
Özbəkistanın təhsil mütəxəssisləri Quba Soyqırımı Memorial Kompleksində təlimdə iştirak ediblər
Xəzər rayonunda “27 sentyabr- Anım günü” ilə bağlı silsilə tədbirlər keçirilib
Azərbaycanın mina qurbanlarının “danışan fotolar”ı Nürnberqdən dünyaya ədalət çağırışı edib