25 fevral 2021 11:24
1001

COVID-19 erkən doğuşa səbəb ola bilər

İngiltərəli alimlər koronovirus infeksiyasına yoluxmuş qadınlar üzərində tədqiqatlar aparıblar. Məlum olub ki, yeni növ koronovirus erkən doğuşa səbəb ola bilər. Lakin virus körpənin çəkisinə təsir etmir. Tədqiqatın nəticələri “Ultrasound in Obstertrics and Gynecology” jurnalında dərc edilib.

Təcrübədə ABŞ və Böyük Britaniyadan olan dörd mindən artıq doğuşqabağı COVID-19-a yoluxan qadın iştirak edib. ABŞ-da belə qadınlardan 15,7 %-i, Böyük Britaniyada isə 12 %-i doğum evinə vaxtından əvvəl yollanmalı olub.

Bundan əlavə, mütəxəssislər COVID-19-un ölü uşağın dünyaya gəlməsi ilə əlaqəsi olmadığını müəyyən ediblər.  

Rusiyanın ginekoloqlar cəmiyyətinin sədri, professor Vladimir Serov da qadınlara pandemiya ərzində hamiləlik planlaşdırmamağı məsləhət görüb.

Nubar Süleymanova, “İki sahil”