Xanım Qədirova: Əli Xocalı qurbanlarının qanına bulaşmış erməni vandallarının bir çoxu Vətən müharibəsi zamanı məhv edilib
Məlum olduğu kimi mənfur qonşularımız müxtəlif vaxtlarda azərbaycanlılara qarşı terror və soyqırımı həyata keçirməklə etnik təmizləmə siyasəti aparıblar. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilən Xocalı soyqırımı isə ermənilərin müharibə cinayətləri sırasında xüsusi amansızlığı ilə fərqlənir. Keçmiş sovet ordusunun 366-cı alayının dəstəyi ilə Xocalıya hücum çəkən ermənilər bir gecənin içində bütün şəhəri yerlə-yeksan etdilər.
Bunu “İki sahil”ə Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının üzvü Xanım Qədirova deyib.
Onun sözlərinə görə, 29 il əvvəl Xocalıda baş verənlər təkcə Azərbaycan xalqına qarşı soyqırımı deyil, bütöv bəşəriyyətə qarşı yönələn ağır cinayətdir. Həmin vaxt ermənilər bütün beynəlxalq konvensiyaları tapdalayaraq Xocalıda insanlıq əleyhinə cinayət törədiblər.
Azərbaycan xalqının Xocalı soqırımının qurbanlarının xatirəsini həmişə uca tutduğunu deyən X.Qədirova bildirib ki, hər il paytaxt Bakıda və bölgələrimizdə Xocalı faciəsinin ildönümü tədbirləri yüksək səviyyədə keçirilir: “Vurğulamağı özümə borc bilirəm ki, faciənin dünya miqyasında tanıdılması istiqamətində görülən işlər də təqdirəlayiqdir. Xüsusilə Heydər Əliyev Fondu bu istiqamətdə fəal iş aparır. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası uğurla davam etdirilir”.
X.Qədirova onu da əlavə edib ki, bu soyqırımının növbəti ildönümü ilk dəfədir ki, fərqli şəkildə qeyd edilir: “Belə ki, ötən il sentyabrın 27-dən başlayan Vətən müharibəsi noyabrın 10-da Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun parlaq Zəfəri ilə başa çatıb, ermənilər tərəfindən işğal edilmiş torpaqlarımız azadlığa qovuşub. Əli Xocalı faciəsi qurbanlarının qanına bulaşmış erməni vandallarının bir çoxu Vətən müharibəsi zamanı məhv edilib. Bir sözlə, Xocalı soyqırımı qurbanlarının, həmçinin digər şəhidlərimizin qanı yerdə qalmayıb, qisası alınıb”.
Özbəkistanın təhsil mütəxəssisləri Quba Soyqırımı Memorial Kompleksində təlimdə iştirak ediblər
Xəzər rayonunda “27 sentyabr- Anım günü” ilə bağlı silsilə tədbirlər keçirilib
Azərbaycanın mina qurbanlarının “danışan fotolar”ı Nürnberqdən dünyaya ədalət çağırışı edib