Netflix dünya tarixinin ən uğurlu və ən böyük multimedia şirkətidir. Netflix istifadəçilərinin sayı 2018-ci ildə 120 milyona çatmışdır.
Şirkət 1997-ci ilin avqust ayında Kaliforniyada Reed Hastings və Marc Randolph tərəfindən qurulmuşdur. Netflixin xidmətinə o zamanlar DVD-lərin kirayəsi daxil idi. Distklər yalnız ABŞ sakinlərinə poçt vasitəsilə göndərilirdi.
Kinomanların "cənnəti" - Netflix haqqında ən maraqlı faktları:
Netflix şirkəti Google şirkətindən 1 il böyükdür
18 il əvvəl Netflix rəqib şirkət olan Blockbuster tərəfindən 50 milyon dollara alınmaq üzrə idi. Netflixin hazırki qiyməti isə 20 milyard dollardan yüksəkdir
2015-ci ildə Netflix 50 ölkədə var idi. İndi isə 200-dən çox ölkədə var
Netflix şirkətinin xidmətlərinə hələ də DVD kirayəsi daxildir
Statistikaya görə bir Netflix istifadəçisi öz hesabında gün ərzində ən az 90 dəqiqə vaxt keçirir
Netflix kitabxanası 1,048,576 giqabayt həcmindədir
Şirkətinin adı Direct Pix, Replay və ya Luna ola bilərdi
Röya Rasimqızı, "İki sahil"