Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunan virtual sərgi keçirilir.
Bu barədə "İki sahil"ə UNEC-dən məlumat verilib.
Bildirilib ki, UNEC Kitabxana-İnformasiya Mərkəzinin təşkil etdiyi virtual sərgidə 1992-ci il fevralın 26-da erməni vandalları tərəfindən törədilmiş Xocalı soyqırımına həsr olunan kitablar nümayiş olunur. Sərgidə Xocalı soyqırımının tarixi, qurbanları, şəhidləri və şahidləri barədə həqiqətləri əks etdirən kitablar oxuculara təqdim olunub.
Özbəkistanın təhsil mütəxəssisləri Quba Soyqırımı Memorial Kompleksində təlimdə iştirak ediblər
Xəzər rayonunda “27 sentyabr- Anım günü” ilə bağlı silsilə tədbirlər keçirilib
Azərbaycanın mina qurbanlarının “danışan fotolar”ı Nürnberqdən dünyaya ədalət çağırışı edib