25 fevral 2021 15:15
1404

Dünyanın ən şimal yaşayış məskəni - Svalbard - FOTO

Norveçin şimal hissəsində, qütb yarımkürəsinə ən yaxın nöqtədə yerləşən Svalbard adalarla əhatə olunub.

“İki sahil” xəbər verir ki, bəşəriyyətin ən şimal məskəni olan Longyearbyen şəhərinin də, yerləşdiyi Svalbardın olduqca maraqlı qadağaları var.

Bu yer Norveçin daxilində Şimal Buzlu Okeanında bir arxipelaq olmaqla yanaşı insanların davamlı yaşadığı ən şimal nöqtəsi olaraq da bilinir. Bu arxipelaqın inzibati mərkəzi Longyearbyen şəhəridir. Svalbard adalarında əksəriyyəti Longyearbyendə olmaqla 2000 nəfər yaşayır. Burada iqamətgahlarla yanaşı bir universitet də var. Svalbardda ilin çox hissəsi üçün dondurucu temperatur olur. Temperaturun çox vaxt mənfi dərəcə olduğu bu yerdə əsas yaşayış və qidalanma mənbəyi balıqdır. Yaz aylarında ölçülən maksimum temperatur 6 dərəcəyə çatır. Normal şərtləri olan bir yer olmadığına görə buradakı qaydalar buna uyğun şəkildə həyata keçirilir. Buna görə adada ölmək qadağandır. Çünki iqlim şəraiti burada dəfn olunmağa imkan vermir. Ölüm hallarında dəfn mərasimləri Norveçdə keçirilir. Adadakı ağır xəstələr də Norveçə aparılır.

Buradakı başqa bir maraqlı qayda yaşayış yerləri də daxil olmaqla demək olar ki, hər yerdə silahla gəzməlisən. Qütb ayılarının təbii yaşayış yeri olan bölgədə hər kəs onların mümkün hücumlarından qorunmaq üçün silah gəzdirməlidir.

Daha maraqlı bir qayda avtomobillərin qapılarının kilidlənməməsidir. Bunun səbəbi, ehtimal olunan bir qütb ayısı hücumunda ən yaxın avtomobilə sığına bilməyinizdir.

 Vüsal Cahanov, “İki sahil”