25 fevral 2021 16:50
1072

Niderlandda Xocalı soyqırımı ilə bağlı poçt markaları buraxılıb

Niderland Krallığında fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının təşəbbüsü ilə Xocalı soyqırımının 29-cu ildönümü ərəfəsində beynəlxalq poçt markaları çap edilib.

"İki sahil" Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən bildirir ki, markalarda Xocalı soyqırımının baş verdiyi tarix və "#justiceforkhojaly" ("Xocalıya ədalət!") tələbi əks olunub. Diaspor təşkilatları bu il Niderlandın rəsmi orqanlarına və beynəlxalq təşkilatlara ünvanlanacaq bəyanatları üzərində "#justiceforkhojaly" tələbi yazılmış poçt markalarının yapışdırıldığı konvertlərdə göndərəcəklər.