Vətən müharibəsində Ermənistanın cəbhə xəttindən xeyli uzaqda yerləşən əraziləri, mülki insanları raketlərlə atəşə tutmasının şahidi olduq.
"İki sahil" xəbər verir ki, bunu Xarici İşlər naziri Ceyhun Bayramov Xocalı soyqırımının 29-cu ildönümü münasibətilə keçirilən konfransda deyib.
O bildirib ki, dinc əhalinin atəşə tutulması Ermənistan rəhbərliyinin terrorçu düşüncəsindən xəbər verir.
Nazir deyib ki, Ermənistan bu günə qədər minalanmış ərazilərin xəritələrini Azərbaycana verməkdən imtina edir.
“Biz dünya ölkələrini bunu qınamağa çağırırıq”, - deyə C.Bayramov əlavə edib.
Nazirin sözlərinə görə, dünya dövlətləri, beynəlxalq təşkilatlar Xocalı soyqırımı ilə bağlı kənar müşahidəçi kimi fikir bildirməli, ədalətli mövqe sərgiləməlidirlər.
Özbəkistanın təhsil mütəxəssisləri Quba Soyqırımı Memorial Kompleksində təlimdə iştirak ediblər
Xəzər rayonunda “27 sentyabr- Anım günü” ilə bağlı silsilə tədbirlər keçirilib
Azərbaycanın mina qurbanlarının “danışan fotolar”ı Nürnberqdən dünyaya ədalət çağırışı edib