26 fevral 2021 10:42
972

Çavuşoğlu Xocalı soyqırımı ilə bağlı paylaşım edib

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı “Twitter” hesabından paylaşım edib.

"İki sahil" xəbər verir ki, M. Çavuşoğlu “29 il əvvəl Xocalıda vəhşicəsinə qətlə yetirilən azərbaycanlı qardaşlarınızı rəhmətlə yad edirik. Bu bəşəri cinayəti unutmadıq, unutmayacağıq”, - deyə qeyd edib.