26 fevral 2021 10:52
1027

Alkoqol haqqında bəzi maraqlı məlumatlar

Alkoqolun bədənimizə müxtəlif təsirləri var. Bu təsirlər faydalı və ya zərərli ola bilər. İndi isə alkoqol haqqında bilməli olduğunuz bəzi məlumatlardan bəhs edəcəyik.

Əgər 2 insanın bədənindəki su miqdarı çoxdursa, o zaman eyni miqdarda qəbul edilmiş alkoqol fərqli təsir edəcəkdir. Bədənindəki su miqdarı çox olan insanın sərxoş olma ehtimalı aşağıdır.

Əzələlər yağlardan daha çox su tutur. Bu səbəblə, əzələ kütləsi çox olan insanlar daha az sərxoş olur.

Alkoqol bədəndəki su səviyyəsini azaldır.

Bir böyük qədər şərab 180 kaloridir. Yarım litr pivə isə 215 kalori.

Alkoqol daha çox yeməyə səbəb olur.

Yemək yedikdən sonra alkoqol qəbul etsəniz, bu zaman onun qana qarışmasının qarşısını alacaqsınız. Yemək mədəni astarlayır və alkoqolun incə bağırsağa keçməsinin qarşısını alır.

Qırmızı şərab, tərkibindəki polifenollar sayəsində ürək üçün xeyirlidir. Damarların genişlənməsinə və təzyiqin aşağı düşməsinə səbəb olur.

Şərab nə qədər tünddürsə, tərkibindəki polifenol o qədər çoxdur.

Bir qədəh şərabdakı polifenol miqdarı:
1 ovuc qoz (24 qram)
25 qram acı şokolad (70% kakao olanlardan)
1.5 ədəd alma
360 ml çay
158 qram badam
Bu qidalarla eyni miqdarda polifenola sahibdir.

Alkoqol gecənin ilk yarısında tez və dərin yuxuya getməyinizə səbəb olur, lakin ikinci yarısında daha yüngül yuxu yatmağınıza gətirib çıxaracaqdır.

Röya Rasimqızı, "İki sahil"