26 fevral 2021 11:07
1061

Çay paketləri nə üçün zərərlidir?

Bəzi ekspertlər bildirirlər ki, çay paketlərini qaynar suda əzmək olmaz, bu zaman çay sağlamlıq üçün zərərli ola bilər. Bir çox çay qutularının üzərində hətta çay paketlərini qaynar suda əzməmək tövsiyə edilir.

Bunu adətən tünd çay sevənlər edirlər. Bəs görəsən, nə üçün belə etmək olmaz?

Çay təbii bitki olsa da, tərkibində kimyəvi elementlər var. Onlardan biri tanin maddəsidir. Çaydan başqa bir sıra tərəvəz və meyvələrdə-giləmeyvələr, qoz-fındıq, vanil və s. tərkibində olur.

Tanin maddəsinin insan sağlamlığı üçün bir sıra faydaları da var: mədə-bağırsaq traktının işini yaxşılaşdırır, toksinləri bədəndən çıxarır, qan damarlarının elastikliyini artırır və s. Çaya rəng verən də taninlərdir, ancaq çay paketini isti suda sıxmağın tövsiyə edilməməsinin səbəbi də məhz taninlərdir.

Nubar Süleymanova, “İki sahil”