Fevralın 26-da Azərbaycandakı dini icmalarının nümayəndələri Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar soyqırımı qurbanlarının xatirəsinə ucaldılan “Ana harayı” abidəsini ziyarət ediblər.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə başda olmaqla bir qrup din xadimi abidəni ziyarət edərək faciə qurbanlarına Allahdan rəhmət diləyərək, ruhları üçün dualar ediblər.