Türkiyə Milli Müdafiə Nazirliyi Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı paylaşım edib.
"İki sahil" xəbər verir ki, Müdafiə Nazirliyinin “Twitter” səhifəsində yer alan paylaşımda deyilir:
“29 il əvvəl Xocalıda vəhşicəsinə qətlə yetirilən Azərbaycan türklərimizin ağrısını ürəyimizdə yaşamağa davam edirik. Unutmadıq, körpələri belə qəflətən öldürmək üçün bu qədər qəzəbli olanları unutmayacağıq! Xocalıda şəhid olan bütün soydaşlarımıza Allahdan rəhmət diləyirik!”
Özbəkistanın təhsil mütəxəssisləri Quba Soyqırımı Memorial Kompleksində təlimdə iştirak ediblər
Xəzər rayonunda “27 sentyabr- Anım günü” ilə bağlı silsilə tədbirlər keçirilib
Azərbaycanın mina qurbanlarının “danışan fotolar”ı Nürnberqdən dünyaya ədalət çağırışı edib