26 fevral 2021 13:10
1201

Meymunların üzərində koronavirus peyvəndi sınağı?

ABŞ-da alimləri koronavirus peyvəndlərini sınaqdan keçirmək üçün  üçün meymunlardan istifadə edirdilər. NYT yazır ki, bu məqsədlər üçün ən çox müəyyən növlər seçilirdi. Onlar əvvəllər Çindən gətirilsə də, son zamanlar vəhşi heyvanların satışına qoyulan qadağa səbəbi ilə  meymunların tədarükü ilə bağlı problemlər yaranıb.

Alimlərin fikrincə, insan və meymunların DNT-si 90% bənzəyir və  bu səbəbdən aparılan tibbi sınaqlar üçün məhz onlar seçilir. Üzərində ən çox test aparılan  yava və rezus meymunlarıdır.  Lakin son zamanlar yaranan problem ilə əlaqədər həmin meymunların qiyməti artıb. Bir meymunun qiyməti təxminən 10 min dollar olub.

Yeni koronavirus ştammlarının meydana çıxması ilə əlaqədər vəziyyət daha da çətinləşdiyinə görə, indi ABŞ-ın tibbi laboratoriyaları təcili olaraq ölkəyə meymun tədarükünün yeni mənbələrini tapmağa çalışırlar. Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin analitiklərinin sözlərinə  görə, hələ keçən əsrin 80-ci illərində tibbi təcrübələr üçün heyvanların əsas tədarükçüsü Hindistan idi.

Hal-hazırda  tədqiqat üçün heyvan çatışmazlığı  artıq dövlət  səviyyəsində problemə çevrilib. Alimlər  bu məsələdə onlara dəstək olmaları  üçün ABŞ hökumətinə müraciət ediblər. Onların  qeyd etdiyi kimi, əks təqdirdə yeni peyvəndlərin sınaqlardan keçirilməsi  və köhnələrinin təkmilləşdirilməsində qlobal problemlər yarana bilər.

Samirə Tağıyeva, "İki sahil"