Bu gün Zərdabda Xocalı soyqırım qurbanlarının anım mərasimi keçirilib. Mərasimdə Zərdab Rayon İcra Hakimiyyətinin, Zərdab RPŞ-nin və rayonun digər hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak ediblər. İştirakçılar rayonun Şəhidlər Xiyabanında Xocalıda şəhid olan soydaşlarımızı dərin ehtiramla yad ediblər. Daha sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
"İki sahil" xəbər verir ki, tədbir iştirakçıları eyni zamanda, ərazi bütövlüyümüz uğrunda canlarını fəda edən şəhidlərin məzarları üzərinə qərənfillər düzüb, bütün şəhidlərimizin unudulmaz xatirəsi ehtiramla anılıb.
Qeyd edək ki, anım mərasimi sanitar-karantin rejiminin qaydaları çərçivəsində keçirilib
Özbəkistanın təhsil mütəxəssisləri Quba Soyqırımı Memorial Kompleksində təlimdə iştirak ediblər
Xəzər rayonunda “27 sentyabr- Anım günü” ilə bağlı silsilə tədbirlər keçirilib
Azərbaycanın mina qurbanlarının “danışan fotolar”ı Nürnberqdən dünyaya ədalət çağırışı edib