Azərbaycanın Rusiyadakı səfirliyinin binası önündə Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
"İki sahil" xəbər verir ki, ölkəmizin Moskvadakı səfirliyinin binası qarşısında Azərbaycanın Xocalı şəhərində erməni hərbi birləşmələri tərəfindən 1992-ci ildə törədilmiş soyqırımını əks etdirən fotoşəkillərdən ibarət stend quraşdırılıb.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin, Rusiyadakı Azərbaycan diasporunun, Rusiya Azərbaycanlı Gənclər Birliyi, ictimaiyyətin nümayəndələri soyqırımı qurbanlarının xatirəsini ehtiramla anıblar. Stendin qarşısına gül dəstələri və əklillər qoyulub.
Özbəkistanın təhsil mütəxəssisləri Quba Soyqırımı Memorial Kompleksində təlimdə iştirak ediblər
Xəzər rayonunda “27 sentyabr- Anım günü” ilə bağlı silsilə tədbirlər keçirilib
Azərbaycanın mina qurbanlarının “danışan fotolar”ı Nürnberqdən dünyaya ədalət çağırışı edib