26 fevral 2021 23:42
1501

Xocalı faciəsində şəhid olanların əziz xatirəsi İsmayıllıda yad edilib FOTO

Tarixi düşmənlərimiz olan ermənilərin yalnız Azərbaycana deyil, bəşəriyyətə qarşı törətdiyi Xocalı faciəsinin 29-cu ildönümü ilə əlaqədar pandemiya qaydaları gözlənilməklə İsmayıllı rayonunun  bütün idarə və təşkilatlarında müxtəlif məzmunlu onlayn konfranslar, görüşlər silsilə tədbirlər ardıcıl olaraq həyata keçirilib. Xocalıdan olan məcburi köçkünlər evlərində ziyarət olunub.

“İki sahil” xəbər verir ki, gün ərzində “Ana harayı” abidəsini ziyarət əvvəlki illərdən fərqli şəkildə mövcud karantin qaydalarının tələbinə uyğun olaraq həyata keçirilmişdir. Kəndlərdə şəhid məzarları ziyarət olunub, ruhlarına dualar oxunub.

Saat 17:00-da Xocalı soyqırımının qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə  44 günlük vətən müharibəsində xalqımızın igid oğulları tərəfindən Şəhidlərimizin qisası alınıb, torpaqlarımız işğaldan azad edilib.