27 fevral 2021 00:18
1042

Ronald Kuman Messi haqqında danışıb

"Barselona"nın baş məşqçisi Ronald Kuman komandanın kapitanı Lionel Messi haqqında danışıb.

"İki sahil" xəbər verir ki, 57 yaşlı mütəxəssis bunları deyib: "Heç vaxt heç nəyi tək əldə edə bilməzsən. Messi La Liqada bu mövsüm 18 qol vurub. Amma digər hücumçuların hamısı eyni oldu. Messinin də köməyə ehtiyacı var. Həmişə ən yaxşılardan və ən təcrübəlilərdən hər şeyi etməsini istəyə bilməzsən. Oyuna yalnız Messi yox, bütün komanda cavabdeh olmalıdır".

Qeyd edək ki, Messi bu mövsüm Kataloniya klubunun ən yaxşı bombardiridir.