27 fevral 2021 03:40
722

Vaksinasiya ilə bağlı qərar qəbul edildi

BMT Təhlükəsizlik Şurası yekdilliklə yeni növ koronavirus infeksiyasına qarşı istifadə edilən peyvəndlərin bərabər paylanması barədə qərar qəbul edib.

"İki sahil" xəbər verir ki, bu barədə Təhlükəsizlik Şurasının iclasında Böyük Britaniyanın BMT-dəki daimi nümayəndəsi Barbara Vudvord məlumat verib. Pandemiya dövründə qüvvədə olan qaydalara əsasən səsvermə dünəndən bəri yazılı olaraq reallaşıb.