27 fevral 2021 09:18
945

Təmirə dayanan "Honda" yanıb

Bakı şəhərinin Nizami rayonunda ümumi sahəsi 150 m² olan avtomobil təmiri sexinin içərisində 20 m² sahəyə yığılan avtomobil ehtiyat hissələri yanıb, yüksək temperaturdan orada təmirə dayanan "Honda" markalı minik avtomobilinin ön hissəsi əriyib.

“İki sahil” Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, sexin və avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;