27 fevral 2021 10:18
1015

"Ən varlı deputat" saxlanılıb

Saxalin Regional Dumasının deputatı Dmitri Paşov Xabarovskda saxlanılıb.

“İki sahil” xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Bildirilir ki, iş gəzintisi zamanı saxlanılan D.Paşovun hansı səbəbdən saxlanılması məlum deyil.

Regional Duma sədrinin müavini Aleksandr İvaşov həmkarının həbsi barədə mediadan məlumat aldığını deyib: "Bu barədə xəbərlərdə oxudum, amma şərh verə bilmərəm, çünki bunun nə ilə əlaqəli olduğunu bilmirəm".

Qeyd edək ki, Dmitri Paşov 2017-ci ildən bəri Saxalin Parlamentinin üzvüdür. Bundan əlavə, Saxalin Regional Balıqçılıq Dərnəyinin idarə heyətinə rəhbərlik edir. Həmçinin, Paşov "Moneron" balıqçılıq şirkətinə də sahibdir. 2019-cu ildə “Forbes” onu Rusiyada ən varlı deputatı elan edib. O il millət vəkilinin elan edilmiş gəliri 6,2 milyard rubl təşkil etdi.