27 fevral 2021 13:40
1336

Şəhid polkovnik-leytenant dəfn edildi

Azərbaycan Ordusunun Vətən müharibəsində Murov istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan polkovnik-leytenantı Sadıqov Yaşar Füzuli oğlu dəfn edilib.

"İki sahil" “Report”a istinadən xəbər verir ki, Y.Sdıqov doğulduğu Füzulinin Bala Bəhmənli kənd qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, 1975-ci il təvəllüdlü Y.Sadıqov Vətən müharibəsində itkin düşən iki polkovnik-leytenantdan biri idi. Zabitimizin nəşi Murovdağ istiqamətində, Ömər aşırımında tapılıb.

Y.Sadıqov ailəli idi, iki övladı var.