27 fevral 2021 23:38
974

Saatlı sakini ehtiyatsızlığın güdazına getdi

Saatlı sakini ehtiyatsızlıqdan özünü öldürüb.

“İki sahil” xəbər verir ki, bu barədə “Qafqazinfo” məlumat yayıb.

Bildirilir ki, hadisə rayonun Məzrəli kəndində baş verib.

İlkin məlumata görə, kənd sakini, 1996-cı il təvəllüdlü Mənsimov Allahverdi Orucəli oğlu mal-qara otaran zaman yıxılıb və üzərində gəzdirdiyi ov tüfəngindən açılan atəş nəticəsində başından ağır yaralanıb.

Nəticədə A.Mənsimov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.