28 fevral 2021 00:15
1022

Ermənistan MN ordunu siyasi proseslərə cəlb etməməyi tələb etdi

Ermənistanın Müdafiə Nazirliyi (MN) ölkənin Silahlı Qüvvələrini siyasi proseslərə cəlb etməmək tələbi ilə çıxış edib.

“İki sahil” xəbər verir ki, bubarədə “Report” məlumat yayıb.

Bildirilir ki, MN-nın yaydığı məlumatda qeyd edilir: "Biz Silahlı Qüvvələr adından bəyanatlardan çəkinməyi, ordunu siyasi proseslərə cəlb etməməyi və ölkənin təhlükəsizliyini şəxsi maraqlara tabe etməməyi tələb edirik".

Daha əvvəl müxalifət liderlərindən biri Qeqam Manukyan bildirib ki, Ermənistanın Silahlı Qüvvələrinin bütün bölmələri ölkənin baş naziri Nikol Paşinyan və hökumətin istefası haqqında tələbi dəstəkləyir.

"İndi Ermənistanın Silahlı Qüvvələrinin bütün bölmələrinin komandirləri və şəxsi heyəti Silahlı Qüvvələrin Baş Qərargahının bəyanatına qoşuldular", - Manukyan deyib.