28 fevral 2021 01:29
1017

İtaliyada daya 18916 nəfər koronavirusa yoluxub

Ötən gün Ötən gün İtaliyada aparılan 323 min 47 test nəticəsində 18 min 916 nəfərdə koronavirus (COVID-19) aşkarlanıb. Bununla da pandemiyaya yoluxanların ümumi sayı 2 milyon 907 min 825-ə çatıb.

“İki sahil” xəbər verir ki, İtaliyanın Səhiyyə Nazirliyinin məlumatına görə, son 24 saat ərzində 280 ölməsi ilə COVID-19-dan dünyasını dəyişənlərin ümumi sayı 97 min 507-ə yüksəlib.

Nazirlik 11 min 320 insanın sağaldığını və aktiv COVID-19 xəstələrinin sayının 411 min 996-ya yüksəldiyini bildirib. Reanimasiyada olan koronavirus xəstələrinin sayı 22 nəfər artaraq 2 min 216-ya yüksəlib.