28 fevral 2021 01:48
1011

Ötən gün İngiltərədə COVID-19-dan 290 nəfər ölüb

İngiltərədə son 24 saat ərzində Covid-19 səbəbiylə 290 nəfərin ölümü ilə, ümumi can itkisi 122 min 705-ə yüksəldi.

İngiltərədə yeni tip koronavirusa (COVID-19) yoluxanların və virusdan ölənlərin sayı artmaqda davam edir.

“İki sahil” xəbər verir ki, İngiltərə Səhiyyə Nazirliyinin məlumatına görə, son 24 saat ərzində 240 nəfərin öldüyü və dünyasını dəyişənlərin ümumi sayı 122 min 705-ə yüksəlib.

Ötən gün ölkədə 7 min 434 yoluxmanın qeydə alınması ilə COVID-19-a yoluxanların ümumi sayı 4 milyon 170 min 519-a yüksəlib.

Səhiyyə Nazirliyinin açıqladığı peyvənd məlumatlarına görə, COVID-19-a qarşı ümumilikdə 19,6 milyon insanın peyvənd edilib.