28 fevral 2021 10:29
849

Keçmiş qapıçı maşınla adam öldürdü

Argentina milli komandasının keçmiş qapıçısı Pablo Kavalyeronu həbsxana cəzası gözləyir.

"İki sahil" "Report"a istinadən xəbər verir ki, sabiq qolkiper avtomobili ilə adam vurub. Nəticədə 56 yaşlı Xuan Riveroi yerindəcə keçinib.

Hüquq-mühafizə orqanları hadisənin səbəblərini müəyyənləşdirmək üçün müvafiq ekspertizalar aparırlar. 47 yaşlı keçmiş qapıçıya qarşı cinayət işi qaldırılıb.

Qeyd edək ki, Pablo Kavalyero 1996 - 2006-cı illərdə Argentina yığmasında 26 oyun keçirib. O, Argentinanın "Veles Sarsfild" və "Union" (Santa-Fe), İspaniyanın "Espanyol", "Selta" və "Levante", həmçinin Uruqvayın "Penyarol" komandalarının formasını geyinib. Kavalyero millinin heyətində 2004-cü il Amerika Kubokunun gümüş medalını qazanıb. Hazırda o, "Veles Sarsfild"in idman direktorudur.