28 fevral 2021 11:25
805

Baş həkimin qızının ölüm səbəbi bilindi

Mərkəzi Klinik Xəstəxananın baş həkiminin qızının ölüm səbəbi məlum oldu

Mərkəzi Klinik Xəstəxananın baş həkimi, ürək-damar cərrahı, professor Kamran Musayevin qızı Dilay Musayevanın ölüm səbəbi məlum olub.

"İki sahil" xəbər verir ki, bu barədə "Report"a onun yaxınları məlumat verib.

Bildirilib ki, Türkiyədə yaşayan 20 yaşlı D.Musayeva beyin qansızmasından dünyasını dəyişib.

Həmçinin qeyd olunub ki, D.Musayevanın cənazəsi Azərbaycana gətirilib və bu gün Bakıda dəfn olunacaq.