28 fevral 2021 13:27
1394

Roman Boçkala: Ağdam şəhəri Xirosimadır - FOTO

“Bu gün Qarabağ müharibəsi nəticəsində dağılmış Ağdam şəhərini ziyarət etdik”. Bu, Xirosimadır. Suriyanın Homs şəhərində belə bu cür bir dağıntı görmədim. Sağ qalan bir bina da qalmayıb. Cümə məscidi minarələrinin qorunması bir möcüzədir. Minarələrin qorunmasının səbəbi də nişangah kimi istifadə edilməsi idi”.

“İki sahil” xəbər verir ki, bunu Ukraynanın məşhur hərbi jurnalisti və ictimai aktivisti Roman Boçkala özünün “Feysbuk” hesabında yazıb.

O qeyd edib ki,  Beynəlxalq mütəxəssislərin fikrincə, bu ərazinin təmizlənməsi üçün 14 il vaxt lazımdır: “Minalanmış ərazilərin xəritəsi yoxdur. Azərbaycan tərəfinin iddialı hədəfi 5 ildə buranı bərpa etməkdir. Çətin bir işdir, amma böyük bir istək və qaynaqlar onu tamamlayır. İlham Əliyev üçün bu bir prinsip məsələsi kimi görünür. Bu bölgədə azərbaycanlıların və etnik ermənilərin necə birlikdə yaşaya biləcəyini təsəvvür etmək daha çətindir. Rəsmi Bakı, işğal altındakı ərazilərdə yaşayan əhalinin birləşməsi üçün geniş bir plan təqdim etməyi hədəfləyir”.