28 fevral 2021 15:20
937

Svenya Şulçe: Almaniyanın yaxın 10 ildə qaza ehtiyacı olacaq

"Kömürdən, nüvə enerjidən və qazdan bir anda əl çəkə bilmərik".

“İki sahil” xəbər verir ki, bunu  Almaniyanın ətraf mühit naziri Svenya Şulçe deyib. Onun sözlərinə görə, Almaniyanın yaxın 10 ildə qaza ehtiyacı olacaq: "Bundan əlavə, “Şimal Axını-2” qaz kəməri layihəsini dayandırsaq, beynəlxalq arbitraj məhkəmələrində ziyanın ödənilməsi tələbləri ilə qarşılaşma riski var".

Qeyd edək ki, “Şimal Axını-2” qaz kəməri layihəsi Rusiya sahillərindən Baltik dənizinin altı ilə Almaniyaya qədər ümumi gücü 55 milyard kubmetr qaz olan iki boru kəmərinin inşasını nəzərdə tutur.

ABŞ layihəyə sanksiya tətbiq edib. Nəticədə İsveçrə “Şimal Axını-2” qaz kəmərinin inşasındakı fəaliyyətini dayandırıb.