02 mart 2021 09:34
748

Fransa portalı Xocalı soyqırımından yazıb

Fransanın “musulmansenfrance” portalında “28 ildir ki, Xocalı Azərbaycanın Oradur-sur-Qlanıdır” adlı Xocalı soyqırımına dair yazı dərc edilib.

“İki sahil” xəbər verir ki, yazıda Parisdə Azərbaycan Mədəniyyət Mərkəzində Xocalı soyqırımının ildönümünə həsr edilmiş tədbirdən yazılıb. Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayevin çıxışı video şəklində yayımlanıb.

AZƏRTAC-ın məlumatına görə, yazıda bildirilib ki, 1992-ci ildə fevralın 25-dən 26-a keçən gecə Dağlıq Qarabağı zəbt etmək məqsədi ilə erməni silahlı qüvvələri bir gecədə 106-sı qadın, 83-ü uşaq və 70-i ahıl olmaqla 613 mülki sakini qəddarlıqla qətlə yetirərək, Xocalını yer üzündən sildiyi qeyd edilib. Diqqətə çatdırılıb ki, bu qətlyam Xocalıya “Azərbaycan Oradur-sur-Qlanı” adı qazandırıb. Belə ki, fransız kəndi Oradur-sur-Qlanda 644 mülki sakin faşistlər tərəfindən qətlə yetirilib.

Ermənistanın tanıdığı və azərbaycanlıların hələ də ağır travma kimi yaşadıqları Xocalı soyqırımı qurbanlarının xatiəsinin hər il fevralın 26-da yad edildiyi bildirilib.