02 mart 2021 11:54
1036

Bill Qeyts Androidə yoxsa iOS-a üstünlük verir?

Microsoft şirkətinin yaradıcısı Bill Qeyts uzun illərdir ki, nə üçün “iPhone” deyil Android istifadə etdiyini açıqlayıb. O bildirib ki, buna səbəb Androiddə “Google” platformasının daha praktiki olmasıdır. Bundan əlavə, iOS-dan fərqli olaraq, Android ekosistemində Android proqram təminatı və əməliyyat sistemi arasındakı əlaqə daha çevikdir. Qeyts CNBC və “The New York Times” qəzetinin jurnalisti Endryu Ross Sorkinə müsahibəsində Androidə öyrəşdiyini bildirib.

Eyni zamanda, Microsoft-un keçmiş rəhbəri İT bazarındakı son tendensiyalardan xəbərdar olmaq üçün bəzən “iPhone” da istifadə etdiyini etiraf edib.

“TechSpot” yazır ki, Qeyts, Apple-ın öz "ağıllı" avtomobilini inkişaf etdirməsi ilə bağlı xəbərlər də münasibətini bildirib. Onun fikrincə, elektrikli avtomobillərdən fərqli olaraq özünü idarə edən avtomobillərin gələcəyi hələ də qeyri-müəyyəndir. "Şübhə edirəm ki,” iPhone” ilə əldə etdikləri qədər çox uğur qazanacaqlar" - deyə Bill Qeyts bildirib.

Nubar Süleymanova, “İki sahil”