Karib dənizi ölkəsi olan Belizdə yalnız böyüklərin gedə biləcəyi bir ada var.
“İki sahil” xəbər verir ki, adaya getməyin tək şərt isə 21 yaşdan yuxarı olmasıdır. Bunun xaricində adadakı heç kimi narahat etmədən istədiyiniz hər şeyi etmək azadlığınız da var. Pandemiya dövründə də ada turistlərin diqqət mərkəzində olmağı bacarıb. Bunun ən vacib amili adanın məhdud sayda ziyarətçiyə ev sahibliyi etməsi və bu səbəbdən nisbətən daha etibarlı olmasıdır. Beliz adası Karib dənizi sahilində yerləşən Orta Amerikada tropik iqlimi olan bir ölkədir. Buna görə ölkə turizm üçün çox əlverişli yerə sahibdir. Meksika və Qvatemala ilə qonşu olan ölkə bölgədə xüsusən alternativ tətil marşrutlarına gələndə ağla gələn ilk yerlərdən biri sayılır. 1981-ci ilə qədər ingilislərə məxsus olan Beliz adası bu tarixdə müstəqilliyini elan edib. 40 il əvvəl Böyük Britaniyadan ayrılan Beliz, bu ölkə ilə hələ də güclü mədəni əlaqələrə malikdir.
383 min nəfər əhalisi olan ölkədə turizm ən vacib gəlir mənbələrindən biridir. Bundan əlavə, əkinçilik və balıqçılıq da bu yerin vacib sahələrindən sayılır. Karib dənizi sahilində yerləşən ölkə, xüsusən son illərdə bu üstünlüyünü turizmə çevirərək istifadə etməyə çalışır. Həm də bu istiqamətdə müəyyən addımlar atılır. Belizin sahil xəttindən əlavə olaraq, irili-xırdalı adaları da turizm üçün əlverişli hala gətirilib. Bu adaların çoxu ziyarətçilərini istifadə olunmamış çimərliklərlə valeh edir. Həqiqi bir tətil cənnəti olan Belizdə bu adalar bəzi xüsusiyyətləri ilə özlərinə ad çıxarıblar. Belizdə dünyanın ən lüks otellərindən birinə ev sahibliyi edir. Belə ki, buradakı yerlər dünyanın ən varlı insanlarının diqqətini cəlb edib. Tətil üçün müraciət etdikdən sonra növbənizi gözləməlisiniz. Çünki adaya hər həftə yalnız 48 ziyarətçi qəbul olunur. Üstəlik, qəbulun bu qədər aşağı olması təbii olaraq gözləmə növbəsini daha da artırır. Ada əsasən əyləncələri ilə məşhurdur.
Arzu edənlər heç bir paltar geyinmədən çılpaq şəkildə adada gəzə bilərlər. Buradakı ən vacib məqam kimsənin başqasını narahat etməməsidir.
Oteldə qalacağınız otaqlar ev tiplidir və bir-birlərindən çox uzaqdır. Bundan əlavə, adaya gələnlər dənizə dalma, üzgüçülük və sörf kimi fəaliyyətlərdə iştirak edə bilərlər. Epidemiya zamanı adaya ziyarətçilərin tələbatının daha da artacağı gözlənilir. Sosial məsafəni təbii bir şəkildə təmin etmək adanı bu baxımdan cəlbedici edir. Məhdud sayda ziyarətçini qəbul etməsi də bu gözəl adanı Karib dənizində ön plana çıxaran amillərdən biri edib.
Vüsal Cahanov, “İki sahil”