"İki sahil" xəbər verir ki, YAP Ucar rayon təşkilatının nümayəndələri rayonun Bərgüşad kəndində anadan olmuş, 26 yanvar 1993-cü ildə Ağdam rayonunun Fərrux dağı yüksəkliyində şəhid olmuş Gülaliyev Ayaz Hökümalı oğlunun Bərgüşad kənd qəbiristanlığında məzarını ziyarət ediblər.
Şəhidin ruhuna dualar oxunub. Daha sonra şəhidin anası Gövhər Gülaliyeva ziyarət olunub.