03 mart 2021 00:29
945

Bu ölkədə zəlzələ olub

Latın Amerikası ölkəsi olan Kolumbiyada zəlzələ hadisəsi baş verib.

"İki sahil" bildirir ki, yer silkələnməsi ölkənin bir çox şəhərində hiss olunub. Rixter şkalası ilə 5.1 balla qiymətləndirilən zəlzələnin ocağı yerin 30 kilometr dərinliyində yerləşib. Rəsmilər itki olmadığını açıqlayıb. Dağıntı yarandığı deyilir.