03 mart 2021 11:14
1112

Bu ölkədə fitri istedadlar üçün yaşamaq icazəsi verilir - FOTO

Skandinaviya yarımadasının şərqində yerləşən Finlandiya Avropanın ən firavan ölkələrindən biri hesab olunur.

“İki sahil” xəbər verir ki, bütün dünyada təhsildə nümunəvi bir modelə sahib olan Finlandiya ölkəyə gəlmək istəyən fərqli coğrafiyalardan olan insanlar üçün də müxtəlif təşviq proqramları həyata keçirir. Ölkə xüsusi istedadları özünə cəlb edir və uzun müddətli yaşamaq icasəsindən əvvəl onlara 90 günlük sınaq müddəti təklif edir.

Pandemiyanın bütün dünyanı təsiri altına aldığı vaxt ən az zərər görən yerlərdən biri olan paytaxt Helsinki bu həyat təcrübəsi üçün ən çox seçilən şəhər olaraq qeyd olunur. Avropanın şimalında yerləşən Finlandiya qitənin ən zəngin ölkələrindən biridir. Hər il qlobal xoşbəxtlik indeksində ilk sırada yer alan Finlandiya həm də yüksək həyat standartları və uzun ömür müddəti ilə dünyanın lider ölkələrindən biridir. Qlobal Rəqabətlilik İndeksində 31-ci sırada yerləşən şəhər ölkənin dünyaya açılan qapısıdır.

Beynəlxalq ticarət və investisiyaların təşviqi agentliyi olan Helsinki Business Hub (HBH) təhsil sahəsində başda təhsildə layiqli bir nüfuza sahib olan Helsinkiyə və Finlandiyaya yeni istedadları cəlb etmək və ölkəni xaricilər üçün daha cəlbedici etmək üçün yeni bir layihə həyata keçirməyə başlayıb. 5 milyon 518 min əhalisi olan Finlandiya dünyanın müxtəlif yerlərindən, xüsusən də informatika və texnologiyanın digər sahələrində çalışan istedadları cəlb etmək üçün yeni bir tətbiqə başlayıb. Müraciətləri qəbul edilən bu gənc istedadlar sınaq müddəti olaraq təyin olunan 90 gün ərzində paytaxt Helsinkidə yaşayacaqlar.

Qeyd edək ki, keçən il dünyanın hər yerindən 5330 insan "Helsinkidəki 90 günlük yaşam sınaq layihəsi" üçün müraciət edib. Finlandiya rəsmiləri göstərilən diqqətdən çox məmnun olublar. Agentlik Finlandiyanın paytaxtı Helsinkiyə gələnlər üçün dövrün inkişaf etməkdə olan iş sahələrində çalışmaq istəyənlərə fərqli dəstək verir. Bu agentlik "Helsinkidəki 90 günlük yaşam sınaq layihəsi" üçün müraciət edənlər arasında seçdiyi 15 nəfəri və ailələrini hava limanından götürərək paytaxtı gəzdirir. Mədəni təlimlər keçən bu istedadlar üçün uzaqdan işləmək imkanları araşdırılır, iş əlaqələri və üç aylıq qalmaq üçün lazımi sənədlər verilir. Layihə çərçivəsində paytaxta gələn bu insanlara agentlik tərəfindən mənzil, məktəb və uşaq bağçası kimi mövzularda da kömək olunur. 90 günlük yaşama sınağı uğurlu olarsa, bu xarici istedadlar yaşayış icazələri baxımından agentlik tərəfindən dəstəklənir. Son zamanlar Helsinkidə bu layihəyə maraq olduqca artıb. Agentlik yalnız 15 müraciəti qəbul etsə də, layihənin gücü texnologiya və informatika sektorunda daha çox səslənir. Layihə Helsinkiyə daha çox istedad cəlb etmək və inkişaf edən texnologiya sektorundakı işçi qüvvəsi boşluğunu aradan qaldırmaq məqsədi daşıyır. Belə ki, bu hədəfə çox qısa müddətdə çatmağın əlamətləri də var. Artan tələbatı ödəmək üçün işçi qüvvəsini təmin etməkdə problemlər yaşayan Finlandiya son illərdə texnologiyada qazandığı uğurlarla diqqət çəkir. Layihə bu boşluğu aradan qaldırmaq üçün ən vacib addımlardan biri hesab olunur.

Vüsal Cahanov, “İki sahil”